Ankarada atışma - ölən və yaralananlar var

03 Oktyabr, 2018 15:39 | Hadisə | Baxış sayı: 75
ankara1
ankara1

Ölənlər 18-25 yaş arasında gənclərdir

Türkiyənin paytaxtı Ankarada atışma baş verib.

İstiPress "Habertürk"e istinadən bildirir ki,  Yenimahalle rayonunu Barıştepe məhəlləsində baş vermiş atışmada 2 nəfər ölüb,  bir nəfər yaralanıb. Ölənlər 18-25 yaş arasında gənclərdir.

Bu gün yerli vaxtla saat 12 radələrində qeydə alınan atışma yerli sakinlər arasında baş verib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Atışma ilə bağlı araşdırma aparılır.