Sükan arxasında yatan azərbaycanlı qəzada öldü

03 Sentyabr, 2019 16:36 | Hadisə | Baxış sayı: 124
Avtomobil qəzası
Avtomobil qəzası

İdarəetməni itirərək maşını aşırıb

Azərbaycanlı Belarusun Smoleviç rayonunda ağır yol qəzası törədək dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, bu barədə Belarus Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, sentyabrın 2-də təqribən saat 05:30-da Sloboda şəhərinin yaxınlığında Minsk istiqamətində hərəkət edən "Peugeot 307" avtomobilin sürücüsü idarəetməni itirərək maşını aşırıb.

İlkin məlumata görə, qəzanın baş verməsinə səbəb Azərbaycan vətəndaşının sükan arxasında yuxulaması olub.

O, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində keçinib.