Tanınmış Qarabağ qazisi yol qəzasında həlak oldu

03 Avqust, 2020 13:57 | Hadisə | Baxış sayı: 132
Qədir Musayev - Qarabağ qazisi
Qədir Musayev - Qarabağ qazisi

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1969-ci il təvəllüdlü Qədir Əsəd oğlu Musayev idarə etdiyi "Naz Lifan" markalı minik avtomobili aşırıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.

Qeyd edək ki, Q.Musayev Qarabağ qazisidir və Birinci Qarabağ savaşında Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub.

Allah rəhmət eləsin!

Faktla bağlı araşdırma aparılır.