Bakıda iki sərnişin avtobusu toqquşdu

03 Avqust, 2020 10:06 | Hadisə | Baxış sayı: 35
Qəza
Qəza

Paytaxtda iki sərnişin avtobusu toqquşub.

İstiPress-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusunun toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Şahidlərin dediyinə görə, qəza nəticəsində yolda böyük tıxac yaranıb. Amma çox keçmədən qəza törədən avtomobillər evakuatorlar vasitəsilə hadisə yerindən götürülüb və yolda hərəkət birtərəfli bərpa olunub.