KIA aşdı - 1ölü, 3 yaralı

03 Avqust, 2018 14:34 | Hadisə | Baxış sayı: 55
Qəzalı KİA arxiv
Qəzalı KİA arxiv

Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən qəza ilə bağlı məlumat yayıb.

IstiPress-in DİN-ə istinadən məlumatına görə, avqustun 3-də saat 2 radələrində Hacıqabul rayonunun Udulu Tava kəndi ərazisində kənd sakini Xəyyam Abuzərov idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. Nəticədə 4 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Vüsal İsifov orada ölüb.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.