Bakıda velosiped sürən qadını maşın vurdu

03 Avqust, 2018 18:12 | Hadisə | Baxış sayı: 99
Velosiped qəzası
Velosiped qəzası

Sabunçu rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-ə DİN-dən verilən məlumata görə, avqustun 2-də saat 23 radələrində Sabunçu rayonu Heydər Əliyev prospektində Bakı şəhər sakini Nəriman Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Vüsalə Yusifzadəni vurub.

Xəstəxanaya yerləşdirilmiş V.Yusifzadə orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.