Məşhur rəssamın Bakıdakı ev muzeyindən xalça oğurlandı

03 İyul, 2019 17:15 | Hadisə | Baxış sayı: 48
Oğru
Oğru

Ailəsinin mülkiyyətində imiş

Azərbaycanın Xalq rəssamı, professor Kamil Əliyevin ev muzeyindən oğurluq olub.

İstiPress-in məlumatına görə, hadisə məşhur xalçaçı rəssamın İçərişəhərdə yerləşən ev müzeyində baş verib.

K.Əliyevin ailəsinin mülkiyyətində olan xalçalardan biri oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əliyev 1921-ci il oktyabrın 22-də İrəvan şəhərində anadan olub. O, Bakı Rəssamlıq Məktəbini bitirib. K.Əliyev 1930-cu illərdə tələbə olarkən "Azərxalça" Birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışıb.

O, Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam - müəllifi kimi özünü təsdiqləyib. Bədii sənət üzrə fəxri fərmanın, həmçinin respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi olub.

K.Əliyev 2005-ci ildə vəfat edib.