Yol qəzasında 7 nəfər öldü

03 İyul, 2018 14:35 | Hadisə | Baxış sayı: 149
Təcili yardım maşını
Təcili yardım maşını

Bağlı qalmış 2 cinayətin açılması təmin olunub

İyulun 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

IstiPress-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınıb, onların da 7-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.