Turistləri daşıyan avtobus yandı: 18 ölü FOTO

03 İyul, 2017 14:20 | Hadisə | Baxış sayı: 318

30 nəfər xəsarət alıb

 Səhər saatlarında Almaniyanın cənubunda, Bavariya əyalətində turist avtobusu TIR-la toqquşduqdan sonra alovlanıb.

İstiPress "NTV"yə istinadən xəbər verir ki, qəza nəticəsində 30 nəfər xəsarət alıb, 18 nəfərdən isə bu saata qədər xəbər almaq mümkün olmayıb. Həmin şəxslərin öldüyü güman edilir.
 
Alman polisi avtobusda 2-si sürücü, 48 nəfərin olduğu barədə məlumat yayıb. Polis nəfəri:  "Bu 18 nəfərinin avtobusdan çıxa bilmədiyini düşünürük. Amma hələ də ümidimizi itirməmişik. Bəlkə kimsə şok halında qaçmış ola bilər" deyib.
 

Qəza yerinə 200-ə yaxın təcili yardım və yanğınsöndürmə vasitəsi təhkim edilib. Turu təşkil edən firmanın adı isə açıqlanmır.