Yük maşını yolu keçən qadını vurdu

03 İyun, 2020 12:58 | Hadisə | Baxış sayı: 104
Yolda vurulmuş piyadanın meyiti
Yolda vurulmuş piyadanın meyiti

Xaçmazda baş verən qəzada 55 yaşlı piyada qadın həyatını itirib.

İstiPress-in şimal bürosunun məlumatına görə, piyadanın ölümünə səbəb olan qəza Xaçmaz şəhərinin Atatürk prospektində qeydə alınıb.

Rayon sakini, 54 yaşlı Əli Bəşirov idarə etdiyi "Mersedes"markalı yük avtomaşını ilə yolu keçən piyada, 55 yaşlı Xanım Ələnur qızı Ələsgərovanı vurub. Ağır xəsarət alan qadın yerindəcə ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb. Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.