Kafedə baş vermiş qətlin bəzi təfərrüatları məlum olub

03 İyun, 2020 12:52 | Hadisə | Baxış sayı: 86
Bıçaqlanma
Bıçaqlanma

Biləsuvar rayonunda  baş verən qətllə bağlı yeni məlumat var.

İstiPress-in məlumatına görə, ötən gecə rayon sakinləri 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu və tanışı 1992-ci il təvəllüdlü Hətəmov Fərid Ənvər oğlu Biləsuvar şəhəri ərazisində yerləşən "Yaşıl ada" kafesində yeyib-içiblər. Bu zaman onlar arasında mübahisə yaranıb. Onların söhbəti H.Əliyev prospektində yerləşən beşmərtəbəli binanın qarşısında davam etdiriblər. R.Rzayev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı F.Hətəmov bir bıçaq zərbəsi ilə qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Fərid Hətəmov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.