Bakıda yaşlı kişi arvadını güllələdi

03 İyun, 2019 19:41 | Hadisə | Baxış sayı: 123
Ov tüfəngi
Ov tüfəngi

Sonra özünə atəş açıb

Bakıda kişi həyat yoldaşını güllələdikdən sonra özünə atəş açıb.

IstiPress-in məlumatına görə, bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə iyunun 1-i axşam saatlarında Hövsan qəsəbəsində qeydə alınıb.

61 yaşlı Novruzov Zahid Balabəy oğlu ov tüfəngi ilə 55 yaşlı həyat yoldaşı Novruzova Təranə Yəhya qızının baş nahiyəsindən atəş açaraq öldürüb. Daha sonra kişi özünə atəş açaraq, intihar etmək istəyib. Ancaq Z.Novruzov sağ qalıb və hazırda xəstəxanadadır.

İlkin ehtimallara görə, kişi qadını qısqanclıq zəminində qətlə yetirib. Qətli törətməzdən əvvəl Z.Novruzov spirtli içki qəbul edibmiş.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.