Qaynı tərəfindən vurulan oğlan ağır vəziyyətdə Bakıya gətirilib

03 İyun, 2018 16:44 | Hadisə | Baxış sayı: 94
Təcili yardım
Təcili yardım

Gəncə şəhərində bıçaqlanma olub.

İstiPress-in məlumatına görə, şəhər sakini, 1983-cü il təvəllüdlü Seymur Quluzadə bədənin müxtəlif hissələrinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilsə də, vəziyyəti ağır olduğu üçün paytaxtda olan tibb ocaqlarının birinə göndərilib.

Məlumata görə, S. Quluzadə münaqişə zəminində qaynı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.