Pula görə evə basqın etmiş yeniyetmə tutuldu

03 İyun, 2018 17:53 | Hadisə | Baxış sayı: 138
Cinayətkarın həbsi - ARXİV
Cinayətkarın həbsi - ARXİV

Qubada oğurluqda və basqında şübhəli bilinən yeniyetmə tutulub.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, ötən il noyabrın 7-də Quba şəhər sakini C.Pirəliyeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evində tanımadığı şəxs tərəfindən
döyüldüyünü bildirib. Araşdırma zamanı döyülmə faktından əlavə zərərçəkənin evindən 9000 manat pulun oğurlanması da müəyyən edilib.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir yeniyetmə saxlanılaraq polis şöbəsinə gətirilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun törətdilən cinayətdə iştirakı və hadisədə iştirak edən digər şəxslər də müəyyən olunub.

Faktla bağlı Quba RPŞ-nin İB-də araşdırmalar aparılır.