Azərbaycanda nişanlı oğlan toyqabağı özünü asdı

03 Mart, 2018 18:22 | Hadisə | Baxış sayı: 572
İntihar
İntihar

Bu gün Göyçay rayonunda intihar hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə rayonun Veysəlli kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Mikayılov Mikayıl Rafael oğlu yaşadığı evin həyətindəki yarımçıq tikilidən özünü kəndirlə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, M. Mikayılov 6 ay öncə ailə quracağı qızla nişanlanıb və yaxın vaxtlarda keçiriləcək toya hazırlaşırmış... /apa