Yük və təcili yardım maşınları toqquşdu, ölən var - VİDEO

03 Yanvar, 2017 13:00 | Hadisə | Baxış sayı: 34
Bakı-Qazax yolunun 187-ci kilometrliyində qeydə alınan qəza
Bakı-Qazax yolunun 187-ci kilometrliyində qeydə alınan qəza

Qəza nəticəsində üç nəfər yaralanıb

Kürdəmirdə təcili yardım maşınının yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Bakı-Qazax yolunun 187-ci kilometrliyində qeydə alınan qəza da Ucar rayon sakini 1963-cü il təvəllüdlü Şəhla Sabir qızı Əzizova hadisə yerində keçinib. Sürücü T. Süleymanov və digər sərnişinlər, Xəyalə Zabit qızı Mehdiyeva, tibb bacısı Validə Yunis qızı Xəlilova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Toqquşma nəticəsində “Qazel” markalı avtomobilin yanar hissələri yanıb. “KamAZ” markalı yük avtomobili yanğından mühafizə olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.