Timsahla "selfie" çəkdirdi, xəstəxanalıq oldu

03 Yanvar, 2017 14:51 | Hadisə | Baxış sayı: 57
Timsahla selfie çəkdirdi xəstəxanalıq oldu
Timsahla selfie çəkdirdi xəstəxanalıq oldu

Timsah qadının ayağını qoparıb

Selfi artıq insanlar arasında bir adət halını alıb. Bir çoxlarımız sevincli, xoşbəxt zamanlarımızı unudulmaz etmək üçün selfi çəkirik. Amma bu hər zaman belə olmur. Məsələn, Hindistanda insanların selfi çəkməsi qadağan olunmuşdu. Səbəb isə insanların selfi çəkərkən diqqətinin dağılaraq həyatını itirməsidir.

İstiPress İndependent.co.uk saytına istinadən xəbər verir ki, 41 yaşındakı bir qadın Tailandda yerləşən Khao Yai Beynəlxalq Parkında timsahla selfi çəkdirmək istəyib. Həm qadın, həm də onun yoldaşı timsahla şəkil çəkdirmək istəyərkən timsah qadının ayağını qoparıb. Qadın bölgə xəstəxanasına çatdırılıb.

Timsahla qadının ayağını qoparıb
Timsahla qadının ayağını qoparıb
Timsah qadının ayağını qoparıb
Timsah qadının ayağını qoparıb

Xatırladaq ki, bu ilk belə hadisə deyil. Selfi çəkmək həvəsi insanların həyatını təhlükəyə atmağa davam edir. 2015-ci ildə iki nəfər zınqırovlu ilanla selfi çəkmək istəyib və ilan da onları dişləyib.