Bir ailənin faciəsi - 5 ölü

02 Dekabr, 2019 09:00 | Hadisə | Baxış sayı: 223
Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"

Şəmkirdə baş verən dəhşətli qəzada ölənlər arasında körpə də var

Şəmkir rayonunda bir ailədən 5 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib. Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində  "Mitsubishi Pajero" ilə “VAZ-2104” markalı minik avtomobilləri toqquşub. 

Daxili İşlər Nazirliyin Gəncə Regional Mətbuat xidmətinin Qərb Mərkəzinə verilən məlumatına görə, qəzada ölənlər aşağıdakılardır:

Şəmkir rayon sakinləri, bir yaşlı Əliyeva Həyat Rəşad qızı,

1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı,

1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu,

1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu

1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı dünyasını dəyişib.

Qəzada ölən Orucov Dilqəm və Orucov Vüqar qardaşdır. 1994-cü il təvəllüdlü Orucova Nübar isə O. Dilqəmin qızıdır. 

Hadisə ilə bağlı araşdırma aparılır.