İki avtomobil toqquşdu, yanğın baş verdi

02 Dekabr, 2018 13:59 | Hadisə | Baxış sayı: 37
Avtomobildə yanğın
Avtomobildə yanğın

FHN avtomobillərdən birini qoruya bildi

Ucar rayonunun Çiyni kəndində "Renault" və "VAZ" markalı iki minik avtomobili toqquşub.

İstiPress-ə FHN-dən verilən məlumata görə, qəza nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.