Bakıda yol qəzası - Ölən var

02 Dekabr, 2018 11:29 | Hadisə | Baxış sayı: 93

1 nəfər sərnişinin meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda "KAMAZ” markalı yük avtomobili və "Chevrolet" markalı minik avtomobili toqquşub.

İstiPress-in məlumatına görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.