Bakıda yaşlı qadın mənzildə ölü tapıldı

02 Dekabr, 2017 16:52 | Hadisə | Baxış sayı: 137
Evdə ölü tapılan qadın meyiti - ARXİV
Evdə ölü tapılan qadın meyiti - ARXİV

Sakinlər FHN-ə xəbər veriblər

Səbail rayonunda mənzillərdən birində 73 yaşlı qadın meyiti tapılıb.

İstiPress Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1944-cü il təvəllüdlü Teymurova Sədaqət İsrail qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.