Bakıda iri ticarət mərkəzinin sahibi özünü asdı

02 Dekabr, 2017 15:07 | Hadisə | Baxış sayı: 546
İntihar
İntihar

Bakıda intihar hadisəsi baş verib.

İstiPress-in Suraxanı rayon Polis İdarəsindən istinadən verdiyi məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Q. Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.

APA