Bakıda “KamAZ” məktəblini vurub öldürdü

02 Oktyabr, 2018 15:45 | Hadisə | Baxış sayı: 52
"Kamaz"
"Kamaz"

Məktəbli yolu keçmək istəyirmiş

Bakıda daha bir qəzada 9 yaşlı uşaq vəfat edib.

İstiPress DİN-ə istinadən xəbər verir ki, qəza oktyabrın 1-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini Vüqar Paşayev idarə etdiyi “KamAZ-6520” markalı avtomobillə yolu keçən qəsəbə sakini – 9 yaşlı Ayxan Hüseynovu vurub və nəticədə azyaşlı hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.