Şamaxıda ağır qəza: ölənlər və xəsarət alanlar var

02 Oktyabr, 2017 14:45 | Hadisə | Baxış sayı: 101
Qəza (Arxiv)
Qəza (Arxiv)

3 nəfər hadisə yerində ölüb

Şamaxıda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza baş verib.

İstiPress-in Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, 4 nəfər ağır xəsarətlərlə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Şamaxı Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Bakı sakini, 46 yaşlı Elman Cəbiyev, onun 18 yaşlı qızı Nigar Hüseynova və Ağsu rayonu Kəndoba kənd sakini, 41 yaşlı Teymur Soltiyev qəzada ölüb.

Bakı sakini, 44 yaşlı Gülnarə Hüseynova, Ağsu rayon sakinləri – 52 yaşlı İlqar İbrahimov, 44 yaşlı Elşən Babayev və 39 yaşlı Cavid Babayev ağır bədən xəsarətləri alaraq Şamaxı MRX-na yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.