Azərbaycanda əsgərlikdən qayıdan gənc 4 yaşlı qızı zorladı

02 Avqust, 2017 16:03 | Hadisə | Baxış sayı: 1254

Əhali tərəfindən ələ keçirilən şəxsin əlləri və ayaqları yandırılıb. Cinsiyyət orqanı kəsilib

Naxçıvanda dəhşətli hadisə baş verib. 

İstiPress metbuat.az-a istinadən xəbər verir ki, hərbi xidmətdən yeni dönmüş şəxs Culfa rayonunda toy məclisində iştirak edib. O, sərxoş olduqdan sonra 4 yaşlı qız uşağına təcavüz edib. Sözügedən şəxs uşağı nənəsinin yanına aparmaq adı ilə məclisdən uzaqlaşdırıb. Daha sonra onu yaxınlıqdakı dəmir yolunun kənarına aparıb, bir neçə dəfə zorlayıb. Yaxınlıqdan keçən şəxs uşağın çığırtısını eşidib və həmin şəxsi yaxalayıb. 

Azyaşlının ötən gün Culfadakı xəstəxanada vəfat etdiyi deyilir.  

Əhali tərəfindən ələ keçirilən şəxsin əlləri və ayaqları yandırılıb. Cinsiyyət orqanı kəsilib. Daha sonra polis onu insanların əlindən alaraq həbs edib. 

Qeyd edək ki, yuxarda qeyd edilənləri jurnalist Aynur Qurbanqızı şəxsi "Facebook" səhifəsində paylaşıb.  

Məsələ ilə bağlı açıqlama verən DİN-in KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev baş verən hadisənin təsdiqini tapdığını bildirdi:

"Doğrudur, hadisə baş verib. Prokurorluq tərəfindən baş verən faktla bağlı araşdırma aparılır".

Hadisəni Naxçıvan DİN-dən Milli.Az-a da təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.