Nabranda işçiləri qanına qəltan edən məmur qohumları tutuldu

02 Avqust, 2017 11:36 | Hadisə | Baxış sayı: 732
Dava
Dava

Rəis qohumları istirahət mərkəzini bir-birinə qatıblar

Azərbaycanda vəzifəli şəxslərin qoçuluq edən qohumları tutuldu. İstiPress-in Şimal bürosunun məlumatına görə, bir neçə şəxs Nabrandakı "Sunset" istirahət mərkəzində gecə saatlarında xuliqanlıq edib, söyüş söyüb, ictimai asayişi pozub dincələnlərin istirahətini pozublar. Bundan başqa onlar mərkəzin mühafizəçilərini də döyüblər. 

Vəzifəli şəxslərin qohumları artıq Xaçmaz polisi tərəfindən saxlanılıb. Keçirilmiş əməliyyat - istintaq tədbirləri zamanı istirahət mərkəzində xuliqanlıq edən, Zöhrab və Samir adlı mühafizəçiləri döyüb xəstəxanalıq edən 3 nəfər Bakı sakini - 21 yaşlı Toğrul Tərlan oğlu Məmişov, 22 yaşlı Murad Fərhad oğlu Talıbov, 22 yaşlı Şahmar Şakir oğlu Əzimzadə barəsində artıq rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətiimkan tədbiri seçilib.

Onlar barəsində Xaçmaz polis şöbəsində cinayət işi açılıb.

Qeyd edək ki, saxlanılan Toğrul Məmişov Baş Prokurorluğun idarə rəisi Niyaz Məmişovun qardaşı oğlu, Murad Talıbov isə Dövlət Miqrasiya Xidmətinin rəisi, general Firudin Nəbiyevin bacısı oğludur.

Cinayət işinin istintaqı davam edir.