Azərbaycanda qadınlardan ibarət narkoşəbəkə - FOTOLAR

02 İyul, 2018 17:23 | Hadisə | Baxış sayı: 142
Narkotik vasitə
Narkotik vasitə

İyunun 30-da keçirilmiş əməliyyat tədbiri nəticəsin­də Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.

İstiPress DSX-ya istinadən xəbər verir ki, fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sin­də Astarada narko­tik vasitəni qəbul edərək sifarişçiyə çatdır­malı olan As­ta­ra şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılmış, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti mü­əy­­yən olunub.

01 iyul tarixində əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Sum­qa­yıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şə­hə­­rin­də narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qey­ri-qanuni dövriy­yəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olun­muş Corat qəsə­bə sakini 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılıb. 

Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb, cinayətin digər iştirakçılarının müəyyənləşdiriməsi isti­qa­mətində əməliy­yat-axtarış tədbirləri davam etdirilir.