Avtobus yanacaq daşıyan yük maşını ilə toqquşdu VİDEO YENİLƏNİB

02 İyul, 2017 11:50 | Hadisə | Baxış sayı: 144

Tatarıstanda matəm elan edilib

Tatarıstanda avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 15 nəfər xəsarət alıb.

Bunu Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsinin rəhbərinin köməkçisi Elvira  Qazizova bildirib.

Hadisə ilə əlaqədar Tatarıstanda matəm elan edilib.

Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yanacaq daşıyan yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb. Nəticədə 14 nəfər ölüb, 15 nəfər xəsarət alıb. 

11:00

Tatarıstanda avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. Ölənlərdən ikisi uşaqdır. İstiPress "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər də xəsarət alıb. 

Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb. Avtobusda 27 sərnişin olub.