Yaşlı kişi meyvə ağacından yıxılıb öldü

02 İyun, 2019 16:46 | Hadisə | Baxış sayı: 77
Meyvə ağacı
Meyvə ağacı

Yaxınları xəstəxanaya çatdırsa da həyatını xilas etmək mümkün olmayıb

Yevlax rayonunda ağacdan yıxılan kişi ölüb. 

İstiPress-in məlumatına görə, rayon sakini 59 yaşlı Tofiq Hətəmov meyvə ağacından yıxılıb. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan T.Hətəmovın həyatını xilas etmək mümkün olmayıb 

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.