Bakıdan gedib özünü İstanbulda bıçaqladı - VİDEO

02 İyun, 2019 12:59 | Hadisə | Baxış sayı: 89

Azərbaycan vətəndaşı olduğu müəyyən edilib

İstanbulun Bəyoğlu məhəlləsində Azərbaycan vətəndaşı üzərində gəzdirdiyi çörək bıçağını qarnına soxub. Və qarnında bıçaq xəstəxanaya aparılıb.

İstiPress "Haberler"ə istinadən xəbər verir ki, insident ötən gün iyunun 1-də günorta saatlarında İstanbulun Haliç körpüsü çıxışında yerləşən avtobus dayanacaında baş verib. Azərbaycan vətəndaşı olduğu müəyyən edilən şəxs üzərində gəzdirdiyi çörək bıçağı ilə özünə xəsarət yetirməyə başlayıb. Bu vaxt yaxınlıqdakı şəxslər ona mane olmağa çalışıb, amma onların cəhdləri nəticəsiz qalıb və azərbaycanlı bıçağı qarnına soxub.

Şahidlər bunu görərək bhadisə barədə polisə və təcili tibbi yardıma müraciət ediblər. Hadisə yerinə gələn tibbi yardım əməkdaşları Azərbaycan vətəndaşına ilkin tibbi yardım göstərib və onu qarnında bıçaq xəstəxanaya aparıblar. Həmin şəxsin “psixoloji problemlərinin” olduğu bildirilir. Şəxsin kimliyi haqda məlumat verilmir.