Avtomobil qəzası - 15 yaşlı qız öldü

02 İyun, 2019 11:48 | Hadisə | Baxış sayı: 101
Təcili yardım maşını
Təcili yardım maşını

1 ailənin 5 üzvü ağır xəsarət alıb

Lerikdə ağır yol-nəqliyyat hadisəsi olub.

İstiPress-in məlumatına görə, hadisə Lerik rayonunun Vaqo kəndi ərazisində baş verib. Belə ki,"Niva" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1 ailənin 5 üzvü ağır xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 2004-cü il təvəllüdlü Səfərova Aytəkin Əbülfət qızı dünyasını dəyişib.