"Ded Xasan"ın yaxın adamını güllələyən azərbaycanlı killer tutuldu

02 İyun, 2018 16:05 | Hadisə | Baxış sayı: 177
Rusiya polisi
Rusiya polisi

Hacı Beyləqanski "Danabaş İlqar"ın qətlində ittiham edilir

Rusiyada azərbaycanlı killer saxlanılıb. İstiPress-in "İnterfaks"a istinadla verdiyi məlumata görə, bu 1983-cü ildə doğulan hacıbaba Tahir oğlu Talıbxanlı (Hacı Beyləqanski) adlı şəxsdir. 

Killer 2012-ci ildə "qanuni oğru" "Ded Xasan" kimi tanınan Aslan Usoyanın yaxın adamlarından olan kriminal avtoritet 52 yaşlı İlqar Yusif oğlu Əliyevin  (İlqar Danabaş) qətlində şübhəli bilinir. H.Talıbxanlı Moskvada ələ keçib. 

İ.Əliyevlə birlikdə silahla onun gənc rəfiqəsini də vuran şəxs mayın 31-də Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

"Hacı Beyləqanski"
"Hacı Beyləqanski"