Keçmiş ər boşadığı qadını bıçaqladı

02 Mart, 2020 17:59 | Hadisə | Baxış sayı: 102
Bıçaqlanma
Bıçaqlanma

Yaralı rayon xəstəxanasına yerləşdirilib

Xaçmazda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb

İstiPress-in şimal bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz şəhər sakini, 1966-cı il təvəllüdlü Nailə Minacəddin qızı Məmmədova bıçaqlanıb.

N.Məmmədovanın hadisəni törətməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı Bəhruz Məmmədov saxlanılıb.

Nailə Məmmədova Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.