Maşın 80 yaşlı qadını vurub öldürdü

02 Fevral, 2020 10:38 | Hadisə | Baxış sayı: 57
Avtomobil qəzası
Avtomobil qəzası

Hadisə yerində dünyasını dəyişib

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu qarşı tərəfə keçmək istəyən Yuxarı Salahlı kənd sakini, 1940-cı il təvəllüdlü Hilal İsmayıl qızı Aqrahovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.