"Apple"in telefonu 6 yaşlı qızın ölümünə səbəb oldu

02 Yanvar, 2017 16:30 | Hadisə | Baxış sayı: 179
"iPhone 6" telefonu
"iPhone 6" telefonu

Ailə qəza nəticəsində həyatını itirən qızına görə Apple-ı məhkəməyə verdi

Amerikada yaşayan ailə qəza nəticəsində həyatını itirən qızına görə "Apple"ı məhkəməyə verib. Avtomobil qəzası bir ailənin 5 yaşlı uşağının ölümünə səbəb oldu.

İstiPress independent.co.uk saytına istinadən xəbər verir ki, hadisə 2014-cü ildə Dallas şəhəri yaxınlığında olub. 5 yaşlı  Moriah Modisettenin ailəsi tıxaca görə avtomobili yavaş idarə etməyə başlayıb və bu zaman adı açıqlanmayan 20 yaşlı gənc sürətlə onlara çırpılıb. Qəzada ailənin 5 yaşlı qızı həyatını itirib. 

Qəzada ölən 5 yaşlı qız
Qəzada ölən 5 yaşlı qız

İşin maraqlı tərəfi isə budur ki, baş verən hadisəyə görə ailə "Apple"ı məhkəməyə verib. Səbəb isə 20 yaşlı gəncin maşını idarə edərkən "iPhone 6" ilə "FaceTime" üzərindən görüntülü söhbət etməsi olub.

Polislər gələnədək "FaceTime" hələ də aktiv olub. Ailə üzvü 2008-ci ildən bu yana "FaceTime" ilə görüntülü söhbəti maşın sürərkən deaktiv edən texnologiyanın mövcud olduğunu və "Apple"ın bu texnologiyanın patentinə sahib olduğunu bildirib.

Zərərçəkən tərəf buna görə də "Apple"ı məhkəməyə verib. Onlar bildirib ki, "Apple" bu texnologiyanı aktiv etsəydi, qəza baş verməzdi.

 

Avtomobil qəzasına görə Apple məhkəməlik oldu
Avtomobil qəzasına görə Apple məhkəməlik oldu