Qəza - sürücü hadisə yerində öldü

01 Dekabr, 2019 12:57 | Hadisə | Baxış sayı: 290
Avtomobil qəzası
Avtomobil qəzası

İki avtomobil toqquşub

Şabranda ölümlə nəricələnən yol qəzası olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə rayonun Gəndab kəndi ərazisində - Gəndab -Yalama yolunun 1-ci km-də baş verib. 

Şabran şəhər sakini, 37 yaşlı Rauf Sadıq oğlu Sadıqovun idarə etdiyi "Jiquli - Vaz-2107" markalı avtomobillə hələlik sürücüsü açıqlanmayan "Mersedes" markalı avtomaşın toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü Rauf Sadıqov yerindəcə ölüb. Yaralıların olduğu bildirilir.

Faktı DİN-nin istintaq və təhqiqat şöbəsi araşdırır.