Polis sərxoş axund oğlunu saxladı

01 Dekabr, 2019 15:45 | Hadisə | Baxış sayı: 223
Yol polisi
Yol polisi

Sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edirmiş

Zərdabda axundun oğlu saxlanılıb.

İstiPress-in məlumatına görə, ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10 LF 572” dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlamalar zamanı məlum olub ki, M. Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb. 

Qeyd edək ki, M. Tağıyev Zərdab rayon Cümə məçidinin axundu Feyzulla Tağıyevin oğludur.