Restoran sahibi müştərisini doğrayıb digər müştərilərə yedirtdi

01 Noyabr, 2018 16:59 | Hadisə | Baxış sayı: 151

Vegetarian restoranında insan əti

Tailandın paytaxtı Banqkokda vegetarian yeməkləri təklif edən restoranlardan birinin sahibi müştərisini doğrayaraq digər müştərilərinə yedirtib. İstiPress-in məlumatına görə, bu barədə də “Asia one” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, restorana yeməyə gələn müştərilər xörəkdən ət parçaları aşkarlayıblar. Eyni hal bir neçə dəfə aşklarlanandan sonra polisə müraciət olunub. Polis restoranda axtarış aparıb və araşdırma nəticəsində həmin qalıqların insana məxsus olduğu ortaya çıxıb.

Məlum olub ki, restoran sahibi müştərisi 61 yaşlı Prasit İnpathonomu öldürüb. Onu sonuncu dəfə oktyabrın 21-də restoranda görüblər. Bu zaman restoran sahibi ilə aralarında mübahisə olub və qəzəblənən restoran sahibi onu bıçaqlayaraq qətlə yetirib.

Sonra isə cəsəddən qurtulmaq üçün onu bişirərək gələn müştərilərinə yedirdib. Sümüklərini isə restoranın arxasındakı xəndəyə tullayıb.

Restoran sahibinin şübhəli bilindiyi cinayət əməlindən sonra qaçdığı söylənilir. Onun kiçik hissələrə ayırdığı cəsəddən neçə müştəriyə yedirtdiyi məlum deyil.