Bakıda dəhşətli qəza: qatar avtobusu vurdu - FOTO

01 Oktyabr, 2018 15:28 | Hadisə | Baxış sayı: 612
Avtobus qəzası
Avtobus qəzası

Ölən və yaralananlar var

Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 1 nəfər həlak olub, yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. 

Bakı Nəqliyyat Agentliyi də qəza ilə bağlı bildirib ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Agentliyin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

15:01

Bakıda sərnişin avtobusu qatarla toqquşub.

İstiPress "Unikal.org"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. 

Belə ki, içərisi sərnişinlə dolu 160 saylı marşurut xətti hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var.