Toy karvanında qəza - 6 nəfər xəsarət aldı

01 Avqust, 2019 16:20 | Hadisə | Baxış sayı: 103
Avtomobil qəzası
Avtomobil qəzası

Operatorun yaxşı çəkməsi üçün qarşıya keçən avtomobil qəza törətdi

Qubada toy karvanında qəza baş verib. Hadisə rayonun Qələdüz yolunda qeydə alınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, avtomaşındakı operatorun yaxşı çəkməsi üçün qarşıya keçən "Niva" markalı avtomobil qarşıdan gələn Jiquli-Vaz 2107 markalı avtomaşınla toqquşub.

Nəticədə avtomaşınlarda olan Üçgün kənd sakinləri - "Niva"nın sürücüsü, 53 yaşlı Qənbər Babayev, onun həyat yoldaşı, 53 yaşlı Sahibə Babayeva, Küpçal kənd sakinləri - 73 yaşlı Sənubər Səfərova, 35 yaşlı Alim Qədirov, Qələdüz kənd sakinləri - 25 yaşlı Tərlan Əlimirzəyev və 58 yaşlı Təranə Əlixanova müxtəlif xəsarətlərlə Quba rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Quba rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Əmir Əliyev İstiPress-in şimal bürosuna məlumat verib ki, yaralılardan Sənubər Səfərova və Sahibə Babayeva travmatologiya şöbəsinə yerləşdiriliblər.

Qəzaya uğrayanlar Qubaya toya-şadlıq evinə gedirlərmiş. Rayon polis şöbəsinin istintaq bölməsi faktı araşdırmağa başlayıb.