İki avtomobil toqquşdu, ölən var

01 Avqust, 2019 16:59 | Hadisə | Baxış sayı: 51
Təcili yardım maşını
Təcili yardım maşını

Sərnişin xəstəxanaya yerləşdirilib və orada ölüb

İyulun 30-da saat 12 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini X.Həsənovun idarə etdiyi “Mercedes” və Daşkəsən rayon sakini Ə.Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

İstiPress-in məlumatına görə, nəticədə Ə.Əliyevin sərnişini, Gəncə şəhər sakini Nazim İsmayılov xəstəxanaya yerləşdirilib və iyulun 31-də orada ölüb.