Azərbaycanlı həkim insan alverinə görə axtarışa verildi - FOTO

01 Avqust, 2019 19:12 | Hadisə | Baxış sayı: 136
İnterpol
İnterpol

Baş verən iki ölüm və digər qanunsuz əməllərə görə həbs edilib

Gürcüstanda fəaliyyət göstərən “Lanset” klinikasının azərbaycanlı rəhbəri Fərman Ceyranlı axtarışa verilib.

İstiPress-in məlumatına görə, bu barədə məlumat “İnterpol”un rəsmi saytında yerləşdirilib.

İxtisasca cərrah olan Fərman Ceyranlı qanunsuz orqan transplantasiyasında təqsirli bilinir.

Bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanları onu “İnterpol” xətti ilə axtarışa verib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin də rəsmi saytında öz əksini tapıb.

“Ceyranlı Fərman Cahan oğlu – 03.12.1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. “İnterpol” kanalları ilə beynəlxalq axtarışdadır”,- deyə rəsmi məlumatda qeyd olunur.

Qeyd edək ki, adıçəkilən şəxs iki il öncə Gürcüstanda “Lanset” klinikasında baş verən iki ölüm və digər qanunsuz əməllərə görə həbs edilib. Ona 6 il həbs cəzası verilib, ötən il isə cəzası 2 il 3 ayadək azaldılıb. Onun cəzası 2019-cu ilin avqustunda başa çatır.