Yaxın qohumunu öldürmüş şəxs yaxalandı

01 İyul, 2019 17:04 | Hadisə | Baxış sayı: 107
Azərbaycan polisi
Azərbaycan polisi

Polıis əməliyyat keçirdi

Yevlax şəhər sakini Nicat Hüseynovun qətlində şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

İstiPress-in məlumatına görə, Yevlax rayonunun Malbinəsi kəndi ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb