Yaşlı məcburi köçkün özünü asdı

01 İyul, 2018 14:40 | Hadisə | Baxış sayı: 84
intihar
intihar

Bu gün 3 saylı Cəbrayıl qaçqın düşərgəsində 68 yaşlı kişi özünü asaraq intihar edib.

İstiPress-in məlumatına görə, İmişli və Biləsuvar rayonlarının inzibati sərhədində yerləşən 3 saylı Cəbrayıl qaçqın düşərgəsində intihar hadisəsi baş verib.

Həmin düşərgəyə oğlugilə qonaq gələn 1950-ci il təvəllüdlü Cəbrayıl rayon sakini, Quliyev Sahib İmanqulu oğlu özünü həyətdəki ağacdan asaraq intihar edib. Səhər saatlarında onu asılmış vəziyyətdə yaxınları aşkar ediblər.

İntiharın hansı səbəblərdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.