Qəbiristanlıqdan oğurluq edən Bakı sakinləri tutuldu

01 İyul, 2018 09:25 | Hadisə | Baxış sayı: 38
Bakıda qəbristanlıq
Bakıda qəbristanlıq

İyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarının oğurlanması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

İstiPress-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev olduqları müəyyən edilib.