Bakıda 21 yaşlı gənc bıçaqlandı

01 İyul, 2018 11:15 | Hadisə | Baxış sayı: 33
Qanlı bıçaq
Qanlı bıçaq

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, 1997-ci il təvəllüdlü Salmanov Əfqan Ramiz oğlu Koroğlu parkında tanımadığı şəxslə əlbəyaxa dava edib.

Nəticədə, o bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nəsimi Rayon Polis İdarəsində araşdırılır.