Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü

01 Mart, 2018 17:44 | Hadisə | Baxış sayı: 191
avtobus
avtobus

Bakıda sərnişin avtobusu piyadanı vurub öldürüb. Hadisə martın 1-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İstiPress-in məlumatına görə, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 saylı marşrut üzrə sərnişin daşıyan avtobus hərəkətdə olarkən "Koroğlu" parkı ərazisindən yola çıxan qadını vurub. Hadisə nəticəsində vurulan qadın - 1956-cı il təvəllüdlü Bayramova Həqiqət Əbdülhüseyn qızı yerindəcə dünyasını dəyişib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hadisə piyadanın səhlənkarlığından baş verib.

Faktla bağlı araşdırma aparılır.