Avtobus “06” ilə toqquşdu - 1 ölü, 7 yaralı

01 Fevral, 2020 13:26 | Hadisə | Baxış sayı: 87

Hadisə bu gün səhər saatlarında baş verib

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Slavyanka kəndi ərazisində qeydə alınıb. “Qazel” markalı sərnişin mikroavtobusu ilə “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəza nəticsində 27 yaşlı Azər adlı şəxs vəfat edib. Yeddi nəfər – 35 yaşlı Sahil İsmayılov, 18 yaşlı Coşqun Abbasov, 35 yaşlı Emin Budaqov, 47 yaşlı Ağa Ələkbərov, 56 yaşlı Mənzə Məmmədliyeva, 24 yaşlı Solmaz Sadıqova və 53 yaşlı Şəhla Səlimova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.